Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əkrəm Əylisli: “Peşman deyiləm”
Əkrəm Əylisli: “Peşman deyiləm”
28 Aprel 2013 / 23:33 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

“Daş yuxular” romanı ilə Azərbaycanda böyük rezonans doğuran keçmiş xalq yazıçısı Əkrəm Əylislinin ölkədən getməsi haqda yayılan xəbərlər erməni mətbuatından da yan keçməyib

Əkrəm Əylislini Azərbaycanın ən məşhur yazarı adlandıran erməni mediasında onun təzyiqlərə məruz qaldığını, “Daş yuxular” romanına görə yazıçının haqsızlığa uğradığı qeyd olunur.

Erməni mətbuatının yazdığına görə, Əkrəm Əylisli Rusiya KİV-lərindən birinə açıqlama verərək “Daş yuxular” romanını dərc etdiyinə görə peşman olmadığını bildirib.

“Haqqında danışılan kitabı yazdığıma görə peşman deyiləm. Əsərlərimdən imtina etməyimi və və səhv etdiyimi deməyimi istəyirlər. Bu mənim sənətimdir. Əminəm ki, xalqımı bu əsərimlə nəinki aşağılayıram, əksinə yüksəldirəm. Burda yalan bir şey yoxdur.Niyə öz kəndimdə olanlar haqda yalan deməliyəm? Məqsədimiz nədir? Erməniləri sevməkmi? Heç bir namuslu yazıçı belə bir şeylə məşğul deyil”-deyə yazıçı Rusiya mətbuatına açıqlama verib.

Qeyd edək ki, Əkrəm Əylislinin ölkədən getdiyi, xarici ölkələrdən birində sığınacaq almaq istədiyi bildirilsə də yazıçı bu məlumatların yalnış olduğunu, Azərbaycanı tərk etmək niyyətində olmadığını bildirib.

Xatırladaq ki, “Daş yuxular” romanı ilə Azərbaycanda böyük kütlə tərəfindən tənqidə məruz qalan Əkrəm Əylisli prezidentin sərəncamı ilə Xalq yazıçısı adından və prezident təqaüdündən məhrum edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə