Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirildi
“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirildi
01 Aprel 2017 / 18:49 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

“Oskar” mükafatının təltifetmə mərasiminə yeni qaydalar tətbiq edilir. Bununla belə, “Oskar”ın təşkilatçıları son təltifetmə mərasimində laureatın adının səhv deyilməsi ilə bağlı qalamaqala baxmayaraq, “Price Waterhouse Coopers” şirkətin xidmətlərindən istifadəyə davam edəcək.

Xatırladaq ki, son mərasimdə ən yaxşı film nominasiyasında “Ay işığı” filmi əvəzinə “La La Lend” müzikli elan edilib. Qarışıqlığın səbəbkarı kimi qaliblərinin adları olan zərfləri səhv salan “Price Waterhouse Coopers” şirkətinin idarəedici tərəfdaşı Brayan Kullinan göstərilib.

Şirkətin prezidenti Bun İsaaks “Oskar” təşkilatçılarına ünvanladığı məktubda şirkətdə yeni, o cümlədən, mərasim zamanı pərdə arxasında hər hansı mobil cihazdan istifadəni qadağan edən qaydaların tətbiq olunduğunu yazıb.

Həmçinin yeni qaydalara əsasən, mərasimdə şirkətin iki yox, üç nümayəndəsi iştirak edəcək. Üçüncü əməkdaş bütün mərasim ərzində rejissorun otağında olacaq. (report)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə