Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel miqrantlara çağırış etdi
Merkel miqrantlara çağırış etdi
01 Aprel 2017 / 13:51 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

Angela Merkel Almaniyaya üz tutan miqrantları ölkə qanunlarına hörmət etməyə çağırıb.

Almaniya kansleri bu barədə suriyalı jurnalist Həmdi-əl Kassara müsahibəsində deyib.

Publika.az xəbər verir ki, Almaniya höküməti dünyanın müxtəlif ölkələrindən gələn miqrantların ölkə daxilində qaydaları pozmasından narahatlığını bildirib: “Bizim ölkənin özünün milli dəyərləri, qanun-qaydaları var. Almaniyaya gələn miqrantlar bu qaydalara hörmətlə riayət etməlidir. Miqrantlar özləri haqqında yalan informasiyalar verərək araşdırmanı ləngidirlər”.

Anqela Merkel ölkəyə gələn miqrantlar sırasında Suriya və İraqdan ölkə sərhədlərinə keçən qaçqınları başa düşdüyünü deyib: “Biz onları başa düşürük. Fərqli millət, fərqli qanunlara adaptasiya olmaq zaman alır. Lakin onlardan tələbimiz bizə düzgün informasiya versinlər. Çünki biz Suriya və İraq haqqında, eləcə də Afrika ölkələri haqqında çox az informasiyalara sahibik. Almanlar bunu nəzərə alaraq daha çox informasiya toplamağa çalışmalıdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə