Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

150 kiloqram at əti aşkarlandı – Kürdəmirdə
150 kiloqram at əti aşkarlandı – Kürdəmirdə
01 Aprel 2017 / 13:58 / Baxış sayı: 1226
Font1 Font2 Font3 Font4
 Kürdəmir rayonunda satış məqsədi üçün kəsilən 150 kiloqram at əti aşkarlanıb.
“Report”un Şirvan bürosunun məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinin və baytarlıq idarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayonun Xınıslı kənd sakini Anar Ağanəsib oğlu Bağırovun idarə etdiyi 10-VH-988 dövlət-qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobil Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan 150 kiloqram sümüksüz at əti aşkarlanaraq götürülüb.
A.Bağırovun həyətinə də baxış keçirilib. Oradan kəsilən atların başı, ayaqları və digər orqanları aşkar edilib.
Qeyd edək ki, A.Bağırov 2015-ci ildə qansuz at ətinin satışı və kəsimi ilə məşqul olduğuna görə cərimələnib.
 arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə