Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hepatit B-nin Parkinson xəstəliyi ilə əlaqəsi varmı?
Hepatit B-nin  Parkinson xəstəliyi ilə əlaqəsi varmı?
01 Aprel 2017 / 20:13 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Oksford Universitetinin tədqiqatçıları ilk dəfə müəyyən ediblər ki, hepatit B virusu (HBV) Parkinson xəstəliyi riskini yüksəldir.

Hepatit C-dən fərqli olaraq HBV fiziki və kimyəvi təsirə çox dayanıqlıdır və tez-tez kəskin formada təsadüf olunur. Müəlliflər HBV-li 21 633, hepatit C viruslu 48 428, habelə xroniki aktiv hepatit deyilən autoimmun hepatiti və insanın immun çatışmazlığı virusu (İİÇV) olan 30 329 nəfərin xəstəlik tarixçəsini nəzərdən keçirərək, onları Parkinson xəstəliyinin riski səviyyəsinə görə 6 132 124 sağlam adamla müqayisə ediblər. Nəticələr göstərib ki, xroniki aktiv autoimmun hepatiti, İİÇV ilə parkinsonizm arasında statistik baxımdan əhəmiyyətli korrelyasiya müşahidə olunmur. Amma digər infeksiya formaları ilə müqayisədə HBV-yə yoluxan pasiyentlərdə Parkinson xəstəliyinə tez-tez təsadüf edilir. Hepatit C-dən əziyyət çəkən pasiyentlərdə də bu risk yüksək sayılır.

Alimlərin fikrincə, bu məlumatlar hepatit B və C viruslarına yoluxan pasiyentlərdə Parkinson xəstəliyi riskinin yüksək olduğunu göstərir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə