Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aprel şəhidinin ailəsindən nümunəvi addım – VİDEO
Aprel şəhidinin ailəsindən nümunəvi addım – VİDEO
01 Aprel 2017 / 23:24 / Baxış sayı: 1962
Font1 Font2 Font3 Font4

Aprel döyüşlərində şəhid olan pilot mayor Təbriz Musazadə öz qəhrəmanlğı ilə dastan yazıb.

Xezerxeber.az bildirir ki, 36 yaşlı şəhid pilot 2 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.

Şəhidin həyat yoldaşı Pərişan Musazadə onun xatirəsini fərqli şəkildə əbədiləşdirib. O, elm və təhsilə hədsiz dəyər verdiyi üçün onun adını daşıyan təhsil və incəsənət hazırlıq mərkəzi açıb.

Mərkəzdə pilotun xatirəsinə muzey guşəsi də yaradılıb. Burda onun şəxsi əşyaları, aldığı təltiflər və şəkillər yer alır. Ən əsasi isə budur ki, mərkəzdə bütün şəhid övladlarına pulsuz təhsil verilir. Şəhidin oğlu Tayfun Musazadə də bu işdə anasına dəstək verir.

Təbriz Musazadə 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzinin bitirib. 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə