Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Almaniyada Naxçıvanı Ermənistanın, Krımı Rusiyanın tərkibinə qatdılar
Almaniyada Naxçıvanı Ermənistanın, Krımı Rusiyanın tərkibinə qatdılar
02 Aprel 2017 / 10:32 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

Almaniyada AFR Xarici İşlər Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən təşkilat, alman dilinin öyrənilməsi üzrə dərslik çap edib.

Virtualaz.org “Avropa həqiqətləri” nəşrinə istinadən bildirir ki, dərslikdəki xəritədə Naxçıvan Muxtar Respublikası Ermənistanın, Krım isə Rusiya Federasiyasının tərkibində təsvir olunub.

Nəşr bildirir ki, dərslik dillərin öyrənilməsi üzrə testlərin tərtibçisi TELC (The European Language Certificates) tərəfindən hazırlanıb, hansı ki, öz fəaliyyətində Avropa Şurası və Avropa Komissiyası tərəfindən müəyyən edilmiş çoxdillilik prinsiplərini rəhbər tutur.

Bu dərslik Almaniyada immiqrantlar üçün, hansılar ki, alman cəmiyyətinə inteqrasiya proqramı çərçivəsində alman dilini öyrənirlər, nəzərdə tutulub. TELC təşkilatı Höte adına institutla birgə Almaniyada və Avstriyada immiqrantlar üçün alman dili üzrə testlər hazırlayır.

Xəritənin buraxılışı artıq Ukraynada qalmaqalı doğurub. UNİAN xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi naşirə səhvini düzəltmək üçün tələblə müraciət edəcəyinə söz verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin fikirini öyrənmək isə hələlik mümkün olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə