Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ali Baş Komandan hər an komanda verə bilər – General
Ali Baş Komandan hər an komanda verə bilər – General
02 Aprel 2017 / 10:35 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4

Cənab Prezident İlham Əliyevin çıxışı əslində son xəbərdarlıqlardan biri idi.

Bu sözləri Prezident İlham Əliyevin Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündəki nitqi ilə bağlı Axar.az-a danışan Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib. General vurğulayıb ki, hər an komanda verilə bilər:

“Prezident İlham Əliyevin çıxışı əslində son xəbərdarlıqlardan biri idi. İndi elə bir vəziyyət yaranıb ki, proses Azərbaycanın xeyrinə inkişaf edir. Cocuq Mərcanlıya qaçqınların bir hissəsi qaytarılır, bu kənddə bərpa işləri gedir. Hərbidə çıxış xətti deyilən bir termin var. Azərbaycan cəmiyyəti bu çıxış xəttinə gəlib çatıb. Dördgünlük savaş Ermənistanı sözsüz ki, fəlakət vəziyyətinə gətirib çıxardı. Bu fəlakət həm Ermənistanın ordu komandanlığında, həm ordunun əsgər və şəxsi heyətində, həm də siyasi rəhbərliyində müşahidə olundu. Onlar indi nə edəcəklərini belə bilmirlər. Ermənistandakı son çıxışlardan görünür ki, indiki iqtidar yenə Azərbaycan Ordusunun gücü ilə öz xalqını qorxudub, seçkidəki vəziyyəti öz xeyirlərinə dəyişməklə hakimiyyətdə qalmaq istəyir. Ancaq başda onların siyasi rəhbərləri olmaqla, bütün ermənilər artıq təslimçiliyin yollarını axtarırlar.

Ali Baş Komandan çıxışında dedi ki, Azərbaycan Ordusu çox cuzi bir qüvvə ilə, yəni bir neçə birləşmə ilə əks-hücum keçirdi və bu, nəinki Ermənistan ordusunu, bütövlükdə erməni ictimaiyyətini sarsıtdı. Bu baxımdan qələbənin yaxın zamanlarda olacağına inanıram. Ali Baş Komandanımız, inşallah, bu komandanı verəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə