Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrəvana sanksiyalar tətbiq edilə bilər – Qarabağa görə
İrəvana sanksiyalar tətbiq edilə bilər – Qarabağa görə
02 Aprel 2017 / 11:03 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4

İşğalçıya qarşı hər hansı bir sanksiya tətbiq olunmadığı halda Ermənistanı sülhə məcbur etmək mümkün olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Rusiya zaman-zaman danışıqlar prosesini tamamilə öz nəzarətinə götürmək üçün cəhdlər edir, Lavrovun son Qarabağ açıqlaması da sadəcə bunlardan biridir:

“Problem ondadır ki, Minsk Qrupunun həmsədrləri, ümumiyyətlə, hər hansı bir ciddi prosesi idarə etmirlər. İşlaçını sülhə məcbur etmək istiqamətində addımlar atılmır. Ermənistan danışıqların imitasiyası ilə məşğul idisə, indi heç danışıqlarda iştirak etmir. İrəvana bəraət qazandırmaq üçün səbəb kimi parlament seçkisini irəli sürürlər, guya seçkidən sonra Ermənistan bu prosesə qayıdacaq. Lakin beynəlxalq hüquq normalarının pozulmasına göz yumulur. İşğalçıya qarşı hər hansı bir sanksiya olmadığı halda Ermənistanı sülhə məcbur etmək mümkün olmayacaq. İrəvanın əsas məqsədi indiki status-kvonu saxlamaqdır. Çox təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə bir-biriylə rəqabətdə olan həmsədrlər bu prosesdə irəliləyişə nail olmaq üçün heç bir şey etmirlər, ancaq bəyanatlarla öz fəaliyyətlərini məhdudlaşdırırlar”.

A.Mollazadə hesab edir ki, Azərbaycan artıq hərəkətə keçməli, Ermənistana qarşı sanksiyalar məsələsi beynəlxalq təşkilatlarda daha da aktuallaşdırılmalıdır:

“Son zamanlar İrəvanın danışıqlar prosesini pozduğu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu vəziyyət qəbuledilməzdir. Rusiyanın bu prosesi öz inhisarına götürmək istəyi isə problemi daha da dərinləşdirir. Düzdür, Moskva İrəvanın ən yaxın hərbi müttəfiqidir, ancaq Ermənistan bu prosesdə artıq müstəqil hərəkət edə bilməz. Ona görə beynəlxalq təşkilatlar danışıqlar prosesini bir tərəf kimi bilavasitə Rusiya ilə aparmalıdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə