Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
02 Aprel 2017 / 14:13 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4

Aprelin 3-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

“Bizimxeber” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı, havanın gündüz, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə