Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid qızı atasının məzarı üstə skripka çaldı – FOTOLAR
Şəhid qızı atasının məzarı üstə skripka çaldı – FOTOLAR
02 Aprel 2017 / 14:27 / Baxış sayı: 1536
Font1 Font2 Font3 Font4

Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib. 

AzVision.az xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər.
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.
Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə AzVision.az-a bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: “Urfansız çətindir. Onun üçün çox darıxıram”.
Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: “Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır”.
Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Şəhid pilot Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.
 
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə