Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

9 avtobus xəttə çıxa bilmədi
9 avtobus xəttə çıxa bilmədi
02 Aprel 2017 / 17:54 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4

Masallıda 22 nömrəli marşrut xətti üzrə çalışan bütün avtobus və mikroavtobusların akkumulyatorları oğurlanıb. Oğurluq barədə İstipress-ə həmin xətdə çalışan sürücülər məlumat verib. 

Onların bildirdiyinə görə, Masallı-Boradigah xətti üzrə çalışan avtobuslar Ərkivan qəsəbəsində yerləşən qarajda saxlanılır və oğurluq hadisəsi də elə qarajda, gecə saatlarında baş verib.
Səhər saatlarında işə çıxan sürücülər maşınlarının akkumulyatorlarının oğurlandığını görüblər və hadisə ilə bağlı 102 xidmətinə məlumat veriblər.
Hadisə yerinə Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib. İstintaq üçün zəruri olan materiallar toplanılıb. Məlum olub ki, 9 avtobusun 9 akkumulyatorları oğurlanıb və sürücülərə ümümilikdə 1400 manatdan çox ziyan dəyib.
Faktı Masallı rayon polis şöbəsi araşdırır.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə