Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Savadsız milyonerlərin SİYAHISI
Savadsız milyonerlərin SİYAHISI
02 Aprel 2017 / 21:18 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4

Ötən həftənin şoku Şərurlu İsfəndiyar oldu. Yazıb-oxuya bilmədiyini etiraf edən iş aamı, milyonların sahibi… Hamımız şoka düşüb, onun hekayəsini araşdırmağa başladıq. Doğrudanmı ali yox, orta da yox, ibtidai təhsili olmayan biri bu qədər uğura imza ata, pul qazana, milyonları idarə edə bilərmi?

Amma “əlahəzrət internet” bizə dünyanı pulla idarə edən şəxslərin ilginc hekayələrini təqdim etdi. Məlum oldu ki, Şərurlu İsfəndiyar heç də tək deyilmiş. Yəni, onun kimi kitaba-dəftərə qarşı laqeyd olanlar dünyada xeyli çoxdur. Sən demə, təhsil almadan da həyat səxavətli davrana bilirmiş.
Onlardan bəzilərinin hekayəsinə nəzər salaq:
“MƏNİM LİSEY DİPLOMUNA EHTİYACIM YOXDUR” DEDİ VƏ MİLYONER OLDU
Amancio Ortega: ZARA tekstil və mağaza zəncirlərinin sahibi olan iş adamı 14 yaşında liseydən qovulub. Hazırda 25 milyardlıq bir sərvəti var.
Francois Pinault: Fransanın ən varlı üçüncü adamı isə Gucci, Converse ve Somsonitenin sahibidir və heç orta təhsili də yoxdur.
Billy Joel “Columbia Universitetinə getməyəcəm. Əvəzində Columbia Plak şirkətinə gedəcəm. Orada isə lisey diplomuna ehtiyac yoxdur” deyib. O, hazırda 160 milyon dollarlıq sərvətə sahibdir.
Catherine Zeta-Jones: Londonda 15 yaşında liseyi kino ulduzu olmaq üçün tərk edib. Hazırda 45 milyon dollarlıq sərvətə sahibdir.
Carl Lindner: Süd satmaq məqsədi ilə qapı-qapı gəzmək üçün liseydən çıxıb. Chiquita bananlarının sahibi və dondurma kralı ünlü iş adamıdır. Sərvəti 1.7 milyard dollardır.
Curtis James Jackson (50 Cent): Məşhur qaradərili müğənni də New Yorkun Jamaica məhəlləsində getdiyi məktəbi 12 yaşında tərk edib.
Stiv Cobs biznes dünyasında uğur qazansa da, universitetdə isə ən uğursuz tələbələrdən biri olub.
DİPLOMSUZ MİLYARDERLƏR – SİYAHI ŞOKA SALIR
“The Forbes” jurnalı diplomu olmayan 25 milyarderin reytinqini hazırlayıb. Reytinqə litseyi 17 yaşında tərk edən, “Oskar” mükafatlı məşhur aktyor Robert de Niro başçılıq edir. Diplomsuz milyarderlər arasında boksçu Corc Frimen, model Gisel Bundhen, kompüter texnologiyalarının əfsanəsi Cim Klark, aktyor Sidney Poyter, aktrisalar Uma Turman və Cessika Simpson, iş adamı Fransua Pino, müğənni və bəstəkar Billi Coel, aktrisa Ketrin Zeta-Cons, süd və banan maqnatı Karl Lindner, iş adamı Riçard Brenson, müğənni Körtis Ceyms Cəkson, media maqnatı Larri Flint də var.
OXUYUB YAZA BİLMİR, AMMA AVTOBİOQRAFİYASINI BELƏ YAZIB
Amma belə hekayələr təkcə məşhur şəxslərin başına gəlmir. Kanadada yaşayan 85 yaşındakı Vital Tebeau oxuyub-yazma öyrənməsə də, balıq yetişdirməklə milyoner olub. 10 yaşında ikən məktəbi atan, 14 yaşında sənaye sektorunda işə başlayanda isə mexaniki savadı ilə bütün işçiləri şoka saan anadalı daha sonra uzun illər New Brunswick Trappers Dərnəyində rəhbərlikdə oldu. Bir xobbi olaraq başladığı balıq yetişdirmə ilə bağlı işini böyüdərək, bir balıq sənayesi quran Tebeau bu sahədə milyoner oldu. Oxuyub-yazmaq bilməyən milyoner danışıqları yazıya çevirən bir proqramdan istifadə edərək, avtobioqrafiyasını yazıb yayımladı.
DONALD TRAMP BU İŞİ BİLİR – NECƏ MİLYONER OLMAQ OLAR?
Amerikanın prezidenti, zamanında ölkənin ən varlı adamlarından biri ikən, New Yorklu daşınmaz əmlak kralı olduğu illərdə uğurlu iş həyatının təcrübələrini kitab halına salıb. Necə varlı olmaq olar? adlı kitabda varlı olmağın ipucları bunlardır:
1. Geyim-gecim: İlk vaxtlar ucuz geyimlər aldığım üçün özümlə qürur duyurdum. Düşünürdüm ki, 100 dollara bir geyim ala bilərəmsə, nə üçün buna daha çox pul xərcləyim. İllər mənə öyrətdi ki, bu, səhvdir. Çünki ucuz ayaqqabılar, paltarlar çox tez xarab olur. Digər tərəfdən, unutmayın ki, insanla bağlı ilk təəssürat onun geyiminə görə yaranır. Amma bunu edərkən çevrə ilə ayaqlaşmağı da unutmayın. Məsələn, diqqətçəkən bir geyim tərzi Beverly Hillsdə diqqət çəkə bilər, amma Wall Streettə (iş çevrəsi) pis qarşılanır.
2. Qarşınızdakını sınamaq istəyirsinizsə, təhrikedici bir söz söyləyin, ya da elə bir davranış sərgiləyin. Mən bəzən bir iclasda çox təəccüb yaradacaq şərh verərək masa ətrafındakıların reaksiyasını yoxlayıram. Kim öz reaksiyası ilə mənim xoşuma gəlməyə çalışır, kim səmimidir, anlayıram. Dost-düşməni tanımaq üçün belə sınaqlar vacibdir.
3. Özünüz özünüzün maliyyə məsləhətçisi olun. Mən dəfələrlə şahid olmuşam ki, maliyyə məsləhətçiləri insanların fəlakətinə səbəb olur. Wall Street Journal, Forbes, Business Week, Fortune kimi etibarlı qaynaqları bir müddət izləyin, sonra da özünüz özünüzə maliyyə məsləhətçisi kimi baxın.
4. Heç kimə etibar etməyin. Kimsə sizə zərər vermək istəyirsə, onunla insidentə girməkdən çəkinməyin. “İncil”də də deyildiyi kimi, gözə göz, dişə diş. Unutmayın ki, ən yaxın dostunuz belə həyat yoldaşınızı və ya pulunuzu əlinizdən almaq istəyə bilər.
5. Mümkün qədər əllə salamlaşmayın. Mikrobların əl sıxışma yolu ilə keçdiklərini unutmaq olmaz.
6. İntuisiyanıza etibar edin. Bəzən aldığınız yüksək ali təhsil belə 6-cı hissinizə məğlub ola bilər.
7. Pozitiv olun, amma hər zaman ən pis ssenariyə hazırlıqlı olun. Ortaya çıxa biləcək problemləri təxmin etmə bacarığı mənə çox şey qazandırdı.
8. Detallara hər zaman önəm verin.
9. Evlənmədən öncə həyat yoldaşınızla mütləq nikah müqaviləsi bağlayın.\musavat.com\
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə