Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident seçkilərini baş nazir qazandı – YENİLƏNİB
Prezident seçkilərini baş nazir qazandı – YENİLƏNİB
03 Aprel 2017 / 9:19 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4

Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç  tutur. Onun ən yaxın rəqibi, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.

Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib.  Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

***

Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Ipsos Strategic” agentliyi tərəfindən keçirilən exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.

İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə