Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya azərbaycanlı sürücülərin üzərinə tank yeridir? YENİLƏNİB
Rusiya azərbaycanlı sürücülərin üzərinə tank yeridir?  YENİLƏNİB
03 Aprel 2017 / 11:02 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4

Rusiyada magistral yolda zirehli texnikaların hərəkətini əks etdirən videolar sosial şəbəkələrdə və mediada yayılıb.

Azərbaycan 24 xəbər verir ki, görüntüləri yayan şəxslər Rusiyanın cənubunda baş verən TIR sürücülərinin mitinqində baş verən toqquşmalara görə əraziyə ordu yeridildiyini bildirib. Xəbəri yayan Rusiya mediası hadisənin Dağıstanda baş verməsi və Azərbaycan TIR-larının yandırılması, daşa basılması və döyülməsi barədə heç bir məlumat vermirlər.

Ancaq az öncə yerli media Dağıstanda azərbaycanlı sürücülərə qarşı baş verən vandalizm aktı barədə ətraflı məlumat yaymışdı. Bildirilirdi ki, martın 31-də dağıstanlı sürücülər həmyerlilərimizin idarə etdikləri yük maşınlarını daşa basıb, yandırıb və özlərini də döyüblər. Dağıstanlı yük maşını sürücülərinin yayılan səs yazısında bildirilib: “Qardaşlar, kim yatmayıbsa, xəbər edirəm. Bu gün bizə baş barmağını göstərən azərbaycanlı sürücünün maşınını məhv etdik, özünün də burnunu sındırdıq. Hadisə 5-10 dəqiqə əvvəl, Qoçubəy ərazisində oldu. Digər maşınları da apardılar”. Saytın dəqiqləşdirməsinə görə, Gizlər-Qoçubəy yolunda bizim yük maşınlarına qarşı vəhşicəsinə baş verən hücumun səbəbi kimi guya azərbaycanlı sürücülərdən birinin onlara söyüş mənasını verən baş barmaq işarəsi göstərməsi bildirilsə də, əsl səbəb başqadır. Tətil edən dağıstanlı sürücülər federal yoldan hər hansı yük maşınının, eləcə də Azərbaycan firmalarına məxsus maşınların keçməsini istəmir. Bunun ucbatından tərəflər arasında mübahisə düşüb və nəticə azərbaycanlı sürücülərin cəzalandırılması ilə bitib.

Bu videodan da görünür ki, hərbçilər şossenin kənarına düzülərək, aksiyaçıların yola çıxmasının qarşısını kəsib. Şossedən isə Azərbaycana məxsus TIR-ların keçdiyi görünür və məhz bu zaman kadr arxasında olan aksiyaçıların kobud təhqirləri eşidilir.

Belə məlum olur ki, Dağıstanda azərbaycanlı sürücüləri qorumaq üçün əraziyə hərbçilər göndərilib.

***

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum olub.

Yük maşınlarından birinin sürücüsü Məhəmməd Həsənov APA-ya bildirib ki, Azərbaycan-Rusiya sərhədini keçdikdən sonra Dağıstanın Qayakənd, Manas, Mahaçqala, Babayurt, Gizlər və Qoçubəy ərazilərində yük maşınlarına qəfil hücumlar olub.

Onun sözlərinə görə, sərhədi martın 28-də keçiblər, yol polisi onları müşayiət edib: “Daşlarla, dəmir parçaları ilə silahlanmış dağıstanlı sürücülər yolboyu maşınlara qəfil hücum etməyə başladılar. Həmin sürücülər Rusiyada yük maşınları üçün yeni sistemin tətbiq olunmasına etiraz olaraq tətil keçirirlər. Bizə də deyirdilər ki, onlar işləmir, biz də işləməyək. Yük maşınları Moskva, Sankt-Peterburq, Voronejə doğru hərəkət edirdi. Yük maşınlarında meyvə-tərəvəz daşınır”.

M.Həsənov qeyd edib ki, hadisə vaxtı maşınlara ciddi ziyan dəyib. Habelə bir yük maşının sürücüsü hücum zamanı idarəetməni itirərək qəza törədib. Nəticədə, sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib: “Biz indi Stavropol ərazisindəyik”.

Qeyd edək ki, Rusiya ərazisində “Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. Dağıstanda “Platon”un əleyhinə aksiyada iştirak etmək istəməyən yerli sürücülərin də avtomobilləri yandırılıb. “Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə