Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda Qazaxıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bakıda Qazaxıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
03 Aprel 2017 / 11:23 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub. “Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə