Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azay Quliyev: İşğalçı Ermənistan aprel döyüşlərindən nəticə çıxartmalıdır
Azay Quliyev: İşğalçı Ermənistan aprel döyüşlərindən nəticə çıxartmalıdır
03 Aprel 2017 / 13:58 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

“Aprel döyüşləri Azərbaycanın Ali Baş komandanının qətiyyətini, ordusunun qüdrətini və xalq-dövlət birliyini bir daha dünyaya nümayiş etdirmiş oldu. Cənab Prezident İlham Əliyev haqlı olaraq ordumuzun aprel döyüşlərindəki şücaətini yüksək qiymətləndirərək onu tarixi qəhrəmanlıq adlandırıb”.

Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, aprel döyüşləri zamanı dövlətimiz nəyə qadir olduğunu nümayiş etdirərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdi: “Ermənistanın cinayətkar hakimiyyəti aprel döyüşlərinin yaratdığı yeni hərbi-siyasi vəziyyətdən sonra anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və bundan sonra uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcək. Aprel döyüşləri ölkəmizin iqtisadi və diplomatik sahədə əldə etdiyi uğurların hərbi sahədə davamı və təsdiqidir”.

A.Quliyev qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan məlum havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edə bilib: “O zaman Azərbaycanda bütün sahələrdə müşahidə olunan tənəzzül, xalq-hakimiyyət birliyinin olmaması, səbatsız idarəçilik yaxın və uzaq ölkələrdən birbaşa dəstək alan Ermənistanın işğalçılıq siyasətinin qarşısını almağa imkan vermədi. Artıq ötən müddət ərzində iqtisadi, hərbi və siyasi reallıqların böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişməsini Ermənistan rəhbərliyi də etiraf etməyə məcbur olur. Hazırda nə Azərbaycan əvvəlki kimi qeyri-sabit və zəif vəziyyətdədir, nə də Ermənistan torpaqlarımızı işğal etmək gücündədir”.

Deputat vurğulayıb ki, işğalçı Ermənistan aprel döyüşlərindən ciddi nəticə çıxartmalıdır: “Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları ilə Ermənistanın Qarabağı Azərbaycandan birdəfəlik qopartmaq illuziyasına da son qoyuldu. İşğalçılar başa düşdü ki, özgə torpağını tərk edənə qədər daim itkilər verəcək və qorxu içində qalacaqlar. Ermənistan iqtidarındakı Qarabağ klanı daxilində baş verən parçalanma aprel döyüşlərinin nəticəsi və məğlubiyyətin acı etirafıdir. Əminəm ki, aprel döyüşləri təkrarlanacağı halda, Ermənistan növbəti dəfə məyus olacaq və təsəvvür edə bilməyəcəyi daha böyük miqyaslı itkilərə məruz qalacaq. Ona görə də Ermənistan hazırkı reallığı düzgün qiymətləndirməli, BMT Təhküləsizlik Şurasının, ATƏT-in, ATƏT PA-nın, AŞPA-nın, Avropa Parlamentinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı qətnamələrə və o, cümlədən beynəlxalq hüququn tələbinə uyğun olaraq işğal etdiyi Azərbaycanın ərazilərindən qeyd-şərtsiz və tam olaraq çıxmalıdır ”.

A.Quliyev bildirib ki, artıq beynəlxalq ictimaiyyət anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Ermənistanın işğalçılıq mövqeyindən əl çəkməsi yeganə və ən vacib şərtdir: “Digər halda regionda müharibənin yenidən başlanması qaçılmaz olacaq. Ermənistan təxribatçı əməllərindən əl çəkmədikcə, torpaqlarımızı tərk etməyincə müharibə təhlükəsi hər an aktual olaraq qalacaq.

Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri əldə etdikləri mandat çərçivəsində substantiv danışıqları bərpa etməli, işğalçı Ermənistanı konstruktiv müzakirələrə və sülh you ilə işğal etdiyi Azərbycan torpaqlarından dərhal çəkilməyə vadar etməlidir. Hamı bilməlidir ki, bölgədə davamlı sülhün yeganə təminatı Azərbaycanın ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasıdır. Bundan sonra hər iki ölkə arasında münasibətlərin bərpasına baxıla bilər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə