Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Real müxalifəti satanlarla birlik…”
“Real müxalifəti satanlarla birlik…”
29 Aprel 2013 / 10:33 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin birliyi haqqında danışıb arxiv.bizimxeber.az xəbər verir ki, Arif Hacılı Mətbuat Şurası və Milli Qeyri Hökumət Təşkilatları Forumunu da ittiham edib: “Əgər mənə gündə agentliklərdən və qəzetlərdən 10 jurnalist müraciət edirsə onlardan doqquzu müxalifətdaxili çəkişmələr və ya müxalifətin birliyinin olmaması barədə sual verir.
Müxalifətin birliyinin olmaması mövzusu xüsusilə hakimiyyətyönlü mətbuatı “narahat” edir. Hakimiyyət ayda 100 minlərlə vəsait xərcləyərək heç də populyar olmayan saytlar və qəzetləri saxlayır. Saxlayır ki, müxalifət arasında birliyin olmaması mövzusunu siyasətin bir nömrəli mövzusuna çevirsin. Çevirib də.
Neçə birliklər yaransa da dərhal ortaya mövzu atılır: “Bu birlik yetərli deyil”. Əslində real demokratik qüvvələrin əksəriyyəti çoxdan birlikdədir. Birlikdə küçələrdə meydanlarda, birlikdə həbsxanalardadır.
Amma illər uzunu mürgüləyib hər seçki kampaniyasına bir mövsümi iş kimi yanaşaraq ortaya çıxıb, seçkidən sonra real müxalifəti satanlarla birlik isə lazım deyil.
Belə qondarma birlik Milli Qeyri-Hökumət Təşkilatları Forumu idi ki, QHT sektorunu hökumətin tam nəzarəti altına saldı, müstəqil qalanların əksəriyyəti məhv oldu. Mətbuat Şurası azad mətbuatın əzilməsində hakimiyyətin əsas silahına çevrildi.
Demokratik qüvvələrin optimal birliyinin yaradılması çox məsuliyyətli bir işdi.Tələskənliyə yol vermək olmaz. Bu bir bəyanat layihəsi ya kino ssenarisi deyil ki, səhv olsa pozub yenidən yazasan. Burada səhv buraxılsa sonra onu düzəltmək mümkün olmayacaq”.

Tural

arxiv.bizimxeber.az

 



“Real müxalifəti satanlarla birlik…” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə