Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk şirkəti azərbaycanlı deputatın oğlunu məhkəməyə verdi
Türk şirkəti azərbaycanlı deputatın oğlunu məhkəməyə verdi
03 Aprel 2017 / 15:34 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4
Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Öz-AK” Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb.
arxiv.bizimxeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
Yasamal rayon məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər.
İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.
Deputat X.Kazımlı “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu barədə Samirlə danışın. Mənim ətraflı məlumatım yoxdu”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə