Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat “qanuni oğru”nu himayə etdi- FOTO
Deputat “qanuni oğru”nu himayə etdi- FOTO
03 Aprel 2017 / 15:56 / Baxış sayı: 518
Font1 Font2 Font3 Font4
Kriminal aləmin həm siyasi, həm maliyyə dairələrində dəstəkləndiyinə dair danışılsa da bu dəfə yayılan məlumat həm də bunun sübutu olub. 
arxiv.bizimxeber.az cebhe.info-ya isitnadən xəbər verir ki, Bolqarıstanda “qanuni oğru” Georgi Sakvarelidzenin saxlanması istiqamətində əməliyyat tədbirləri keçirilir. Onun adı 1994-cü ildə Moskvada gürcü “oğru” Revaz Qamçemlizdenin qətlində hallanıb. Krimminal aləmdə “Qedemoç Biçi” ləqəbi ilə tanınan “oğru”nun ölümündə adı hallanan digər şəxs Qoqa Bzikadze olub. O isə 1994-cü ildə öldürülüb.
Qiya ləqəbli “oğru”  Georgi Sakvarelidze Moskvada cəzasını çəkdikdən sonra azadlığa çıxıb və Bolqarıstana gedib. Orada özünə normal şərait yaradıb və təkcə kriminal aləmdən yox, eyni zamanda ictimai-siyasi çevrədən dəstək qazanıb.
Onun himayədarı kimi isə məşhur bolqar siyasətçisi, Avropa Parlamentinin keçmiş deputatı Slavi Binevin adı çəkilir.
“WikiLeaks”in məlumatına görə, Binevin leqal biznesi ilə yanaşı həm də kriminal dairələrdən kifayət qədər yaxşı pul qazanır.
Bura mütəşəkkil cinayətkarlıq, qadın biznesi, narkotik dövriyyəsi və oğurluq avtomobillərin satışı daxildir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə