Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadakı terrorun qanlı nəticəsi – ÖLÜ və YARALI SAYI – YENİLƏNİB
Rusiyadakı terrorun qanlı nəticəsi – ÖLÜ və YARALI SAYI – YENİLƏNİB
03 Aprel 2017 / 16:37 / Baxış sayı: 3550
Font1 Font2 Font3 Font4

Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb. Qeyd edək ki, bəzi mənbələr partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb.

**
17:39

“Peterburq metrosunda baş verənlər terror aktıdır”. Lent.az-ın məlumatına görə, bu barədə Rusya Baş Prokurorluğunun rəsmisi Aleksandr Kurennoy bildirib.

***
17:01

Peterburq metropoliteninin bütün stansiyaları bağlandı. Bu barədə Rusiyanın REN TV kanalı rəsmi dairələrə istinadən məlumat yayıb. Bu arada, Peterburq metropolitenin “Ploşad Vostaniya” stansiyasında daha bir partlayıcı qurğu tapılıb.

***
16:47

Bir qədər öncə Moskva Metropoliteni də gücləndirilmiş iş rejiminə keçdiyi barədə məlumat yaydı. O da məlum olub ki, Rusiya prezidenti Putin də partlayış baş verən vaxt Peterburqda, Ümumrusiya Xalq Cəbhəsinin forumunda olub. Putin partlayışla bağlı bildirib ki, səbəblər müxtəlif ola bilər. “Məişət hadisəsindən tutmuş, kriminal, terror aktına qədər…”.

**
16:05
Rusiyanın Sankt-Peterburq şəhərində metro stansiyalarından ikisində partlayış baş verib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, metronun “Texnoloqiçeskiy İnstitut” və “Sennaya ploşad” stansiyalarında baş verən partlayışdan sonra tüstülənmə olub. Bildirilir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.

Rusiya mətbuatı onu da yazır ki, partlayışdan sonra “Çernaya reçka” stansiyası şübhəli predmet tapıldığı üçün bağlanılıb. Hadisə ilə bağlı Rusiya prezidentinə məruzə edilib. Ümumilikdə Peterburq metrosunun 7 stansiyası hadisə ilə əlaqədar bağlanılıb. Zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir.

  


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə