Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS Avropa Məhkəməsinə şikayət etdi
ANS Avropa Məhkəməsinə şikayət etdi
03 Aprel 2017 / 17:10 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4

ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. 

arxiv.bizimxeber.az-ın “Azadlıq” radiosuna istinadən məlumatına görə, şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib.

Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə