Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bacı və qardaşı öldürənin görüntüləri yayıldı – FOTO
Bacı və qardaşı öldürənin görüntüləri yayıldı – FOTO
03 Aprel 2017 / 17:42 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Virtualaz.org saytının xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

DİN barəsində həbs qətimkan tədbiri seçilmiş Azər Cəfərovun görüntülərini təqdim edir:(“Report”)

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə