Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«ATE HÜQUQ MƏRKƏZİ» Zakir Qaralova müraciət etdi…
«ATE HÜQUQ MƏRKƏZİ» Zakir Qaralova müraciət etdi…
03 Aprel 2017 / 18:26 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

“ATE HÜQUQ MƏRKƏZİ” Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. Müraciətdə bildirilir ki, 12 dekabr 2016-cı il tarixində 162 saylı məktubla Masallı Rayon Prokurorluğuna və Salyan Rayon Prokurorluğuna müraciət ediblər: “«Azərpoçt» MMC-nin 1022 saylı poçt məntəqəsindən aldığımız məlumata görə müraciətlərimiz hər iki prokurorluq tərəfindən qəbul edilmişdir. Lakin çox təəssüf ki, müraciətlərimiz bu günə kimi şikayətçi olduğumuz prokurorluq orqanları tərəfindən cavablandırılmamışdır. Məcburiyyət qarşısında qalaraq müraciətimizə cavab almaq üçün Masallı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişik.

«30» sentyabr 2015-ci il tarixində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni qanun imzalanmışdır.

Həmin qanunun 10.1-ci maddəsində göstərilir ki, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Dörd aya yaxındır ki, «ATE HÜQUQ MƏRKƏZİ» Məhdud Məsuliyyəti Cəmiyyəti öz müraciətlərinə cavab gözləyir. Belə nüfuzlu dövlət orqanları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Vətəndaşların müraciəti haqqında” qanuna məsuliyyətlə yanaşmayan vəzifə tutmuş prokurorlara görəsən kim nəzarət edir?

arxiv.bizimxeber.az
Ate



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə