Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Qazaxıstana dəvət edildi
İlham Əliyev Qazaxıstana dəvət edildi
03 Aprel 2017 / 22:03 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda mətbuata bəyanatla çıxış edərkən bildirib.

“Mən Sizi Qazaxıstana rəsmi səfərə dəvət edirəm. Sizi iyunun 10-da keçiriləcək “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm. Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq”- N.Nazarbayev bildirib.

Onun sözlərinə görə, bu səfər zamanı bizim danışıqlarımız Azərbaycan-Qazaxıstan münasibətlərinə tamamilə yeni yol açacaq, yeni impuls verəcək: “Bunlar hər iki dövlət üçün sərfəlidir, ölkələrimiz arasındakı ənənəvi dostluğu, etimadı möhkəmləndirir. Çünki bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır. Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub. İlham Heydər oğlu, Sizin tərəfinizdən Qazaxıstana göstərilən qonaqpərvərliyə, dostluğa görə mən şəxsən Sizə çox minnətdaram.”

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə