Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aleksandr Solovyov saxlanıldı – Moskvaya aparıldı – YENİLƏNİB
Aleksandr Solovyov saxlanıldı – Moskvaya aparıldı – YENİLƏNİB
04 Aprel 2017 / 12:24 / Baxış sayı: 384
Font1 Font2 Font3 Font4

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndə Svetlana Petrenkonun sözlərinə görə, söhbət təxminən 140 milyon rubl (təxminən 2,44 milyon dollar) rüşvətin alınmasından gedir. Onun körpülərin tikintisi zamanı podratçılardan rüşvət aldığı deyilir.

İstintaqın versiyasına görə, Aleksandr Solovyev 2014-2016-cı illərdə Udmurtiya Respublikasında Kama və Bur çayları üzərində körpü tikən şəhər təşkilatlarının nümayəndələrindən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, respublikanın başçısı kommersiya təşkilatlarında 2,7 milyon rubl dəyərində iştirak payı alıb.

Daha əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə Udmurtiya başçısının tutulması haqqında bildirib. Qeyd edilirdi ki, Solovyovin mənzillərində axtarışlar aparılır.

Solovyev 2014-cü il sentyabrın 22-dən Udmurtiyaya başçılıq edir. O, daha əvvəl respublikanı Federasiya Şurasında təmsil edir və region parlamentinə başçılıq edirdi.

10:19

Rusiya Federasiyasının tərkibində olan Udmurtiya respublikasının lideri Aleksandr Solovyov saxlanılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki,  Solovloy bu səhər Moskvaya etap edilib. Onun hansı səbəbdən saxlanıldığı isə hələlik açıqlanmır. Məsələ ilə bağlı Aleksandr Solovyovun mətbuat katibi Yelena Kapitonenko açıqlama yayıb.

Onun sözlərinə görə, administrasiyada heç bir axtarış aparılmasa da, Aleksandr Solovyov yerində yoxdur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin məsələ ilə bağlı məlumatlandırılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə