Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Putinə zəng etdi: birgə mübarizə təklifi
Tramp Putinə zəng etdi: birgə mübarizə təklifi
04 Aprel 2017 / 10:49 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

Bu barədə prezidentin mətbuat katibi Peskov məlumat verib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Sankt-Peterburq şəhərində terror aktı ilə əlaqədar başsağlığı vermək üçün zəng edib.

İstiPress-in Rusiya kiv-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumatda bildirilir ki, dövlət başçıları terrorizmlə birgə mübarizə aparmağın zəruri olduğu haqda ümumi fikir bildiriblər.

Peskov deyib: “Donald Tramp Vladimir Putinlə telefon danışığında Sankt-Peterburq metrosunda törədilən dəhşətli terror aktı nəticəsində həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib və Rusiya xalqına dəstək sözlərini çatdırmağı Rusiya prezidentindən xahiş edib”.

Peskov əlavə edib ki, Putin göstərilən həmrəyliyə görə amerikalı həmkarına öz təşəkkürünü bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə