Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov: “Münaqişəsinin nizama salınmasının zamini olmağa hazırıq”
Lavrov: “Münaqişəsinin nizama salınmasının zamini olmağa hazırıq”
04 Aprel 2017 / 11:23 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

“Regiona sülhün qayıtmasında, orada insanların ölümünün sona çatmnasında, sərhədlərin açılmasında, iqtisadi əlaqələrin bərpasında səmimi olaraq maraqlıyıq. Bunün üçün əlimzidən gələn hər şeyi edirik. Həm fərdi, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Fransa və ABŞ-la birgə həmsdrlik missiyamızı yerinə yetiririk. Həmsədrlərin vasitəçiliyi ilə tərəflər arasında bir sıra mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Münaqişənin həlli üzrə baza prinsipləri artıq razılaşdırılıb”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu “Bakinski Raboçi” qəzetində dərc olunan məqaləsində bildirib.

Eyni zamanda Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını fərqli formada görür.

“Bununla əlaqədar əsas məsələ tərəflərə balanslı həll yolunu tapmaqda yardım etməkdir. Hesab edirik ki, Bakı və Yerevan siysi iradə, komromisə getməyə hazır olmalarını nümayiş etdirə biləcəklər. Bu, danışıqlar prosesində nəticənin olması üçün lazımdır”, – deyə rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, irəliləyiş üçün ən əsas şərt münaqişə zonasında gərginliyin azaldılması və onun həlli üçün güc yolundan istifadə etmək cəhdindən imtinadır: “Öz növbəsində Rusiya münaqişəyə cəlb olunan bütün tərəflərə sərf edəcək problemin həlli varinatını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə isə digər həmsədr ölkələri ilə birgə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə