Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehmet Bora Perinçek “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulub
Mehmet Bora Perinçek “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulub
04 Aprel 2017 / 11:44 / Baxış sayı: 246
Font1 Font2 Font3 Font4

İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulması haqqında bəyanat verib.

“Report”un məlumatına görə, bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi, həmçinin Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyimi qeyd etmək istəyirəm.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edirəm. ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.

Erməni və Azərbaycan xalqlarının, əsrlərlə formalaşan sülh içində birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə