Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ermənistan bəhanələrlə danışıqlardan qaçmağa çalışır”
“Ermənistan bəhanələrlə danışıqlardan qaçmağa çalışır”
04 Aprel 2017 / 11:59 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4

“Azərbaycan və Rusiyanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq iqliminin yaradılması üçün ciddi səylər göstərir. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və bölgədə, ümumən ATƏT məkanında sülhə təhdid yaradan əsas amildir”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı “Nezavisimaya qazeta”da dərc olunan yazısında deyilir.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır: “Ona görə də biz dünya birliyinin bütün məsuliyyətli üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası işində prinsipial mövqe ortaya qoyulmasına ümid edirik. Burada xüsusi rol sözsüz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri və Cənubi Qafqazla tarixi-coğrafi baxımdan sıx bağlı olan Rusiya Federasiyasına məxsusdur. Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən son danışıqlar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin öz müsbət həllini tapacağına dair müəyyən ümidlər oyatmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır”.(APA)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə