Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtkin düşən 11 yaşlı uşaq tapıldı – YENİLƏNİB
İtkin düşən 11 yaşlı uşaq tapıldı – YENİLƏNİB
04 Aprel 2017 / 13:09 / Baxış sayı: 476
Font1 Font2 Font3 Font4

Bakıda itkin düşmüş 11 yaşlı Ağamir Nəcəfi tapılıb.

Bu barədə “Report”a onun anası Elnarə Məmmədova məlumat verib.

Hazırda uşaq valideynləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindədir: “Mən uşağın yanındayam. O, özündən yaşca böyük dostunun yanında olduğunu deyir. Amma həmin dostunu mən tanımıram. Əsas olan övladımın tapılmasıdır”.

*  *  *11:55

Nərimanov rayonu, 200 saylı orta məktəbin 5-ci sinif şagirdi Ağamir Nəcəfli itkin düşüb.

Hadisə aprelin 3-də baş verib. Ağamir Nəcəflinin anası Elnarə Məmmədova AzNews.az-a açıqlamasında oğlunun acıq edib evdən getdiyini deyib:

“Ağamir məktəbdən evə gəlib. O, hərdən icazəsiz evdən çıxıb həyətə düşərdi. Buna görə də atası ilə birlikdə onu danlamışıq. Bundan az sonra Ağamir evdən çıxıb və bu saata kimi qayıtmayıb. Ailəmizlə bağlı kiminsə hər hansı problemi olmayıb. Sadəcə, Ağamirin beyninə nə yerləşibsə, evdən gedib.”

Elnarə Məmmədova qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ağamir Nəcəflinin təhsil aldığı 200 saylı orta məktəbə məlumat verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə