Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TAP “L`Espresso”-nu məhkəməyə verir – “Mafiya” ifadəsinə görə
TAP “L`Espresso”-nu məhkəməyə verir – “Mafiya” ifadəsinə görə
04 Aprel 2017 / 14:19 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

TAP konsorsiumu (TAP AG) İtaliyanın “L`Espresso” jurnalında dərc olunan məqalənin müəllifini və nəşrin redaktorunu məhkəməyə verəcək.

“APA-Economics” xəbər verir ki, bu barədə konsorsiumun bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, “L`Espresso” TAP barəsində dərc olunan xəbərin başlığında “mafiya” ifadəsini işlədib: “Konsorsiumu mafiyaya bənzətmək əsassız və qəbuledilməzdir. Konsorsium özü hüququndan istifadə edərək yaxın vaxtda məhkəməyə müraciət edəcək və təzminat tələb edəcək”.

 

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə