Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əclaflara kömək edən Eynulla deyilsə, bəs kimdir?”
“Əclaflara kömək edən Eynulla deyilsə, bəs kimdir?”
29 Aprel 2013 / 12:13 / Baxış sayı: 92
Font1 Font2 Font3 Font4

Aprelin 25-də yeni yaradılan saytlardan biri “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. Daha sonra pornovideo kimlər tərəfindənsə Facebook sosial şəbəkəsində paylaşılıb.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl hadisədən hiddətlənərək bu antikampaniyanı təşkil edənləri əclaflar adlandırıb.
arxiv.bizimxeber.az xəbər verir ki, X.İsmayıl ona məxsus olduğu iddia edilən həmin pornovideo ilə bağlı özünün Facebook-dakı profilində münasibət bildirib.
Jurnalist videoda görünən xanımın başqa adam olduğunu vurğulayıb.
X.İsmayıl özünə qarşı yönələn ikrahdoğurucu bu antikampaniyada hökumətdəki bəzi adamları, eləcə də jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevi ittiham edib:“Əvvəlcə bu uydurma videonu ortaya atdılar, sonra mənim adımdan açıqlama yayaraq, bu haqda yazmağa başladılar. Bu böhtanın yayılmasında hökumətdəki əclaflara kömək edəcək adam Eynulla Fətullayev deyilsə, bəs kimdir..? Və bunlar hamısı mənim hüquqlarımın müdafiəsi adı altında baş verir.

Aydınlıq gətirmək üçün deyim ki, bu video mənim deyil. Bu heç montaj da deyil, başqa bir adamdır. Mən dəqiq deyə bilmərəm ki, bu necə baş verib. Ola bilsin ki, bizim hökumət nümayəndələrimiz ailə üzvləri ilə dünya porno sənayesinin məhsullarını izləyərkən birdən mənim oxşarım olan bu porno aktrisanı görərək bundan yararlanıblar. Ya da xüsusi kastinq təşkil edib, bu videonu çəkiblər.
İddiaya görə, mən demişəm ki, bu mənim şəxsi həyatımdır, heç kimə dəxli yoxdur. Bu isə o deməkdir ki, bunun mənə aid olduğunu təsdiq edirəm.
Mən bu video haqqında heç bir açıqlama verməmişəm.
Mənim şəxsi həyatımın doğrudan da heç kimə aidiyyatı yoxdur. Bir il əvvəl məni şantaj edib, video yaydılar, bu, mənim şəxsi həyatıma müdaxilə idi.
Bu dəfəki isə ucuz uydurmadır və kadrların mənə heç bir aidiyyatı yoxdur”-deyə X.İsmayıl hiddətini ifadə edib.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə