Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qırğızıstan XİN başçısı terrorçudan DANIŞDI
Qırğızıstan XİN başçısı terrorçudan DANIŞDI
04 Aprel 2017 / 15:15 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4

Rusiyanın xarici işlər naziri Serqey Lavrov dünən Sankt-Peterburqda baş verən terrorla bağlı  qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə birgə mətbuat konfransı keçirib.  

 

Lent.az-ın russian.rt.com-a istinadən məlumatına görə, S.Lavrovla müzakirələrindən söz açan Erlan Abdıldayev bildirib ki, terroru törədən şəxsin Qırğızıstan əsilli olduğu təsdiqlənib: “ Lakin o, Rusiya vətəndaşlığını qəbul edib və Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib”.

Terrorçunun İŞİDlə bağlılığının olması sualını cavablandıran E.Abdıldayev deyib ki,  bununla bağlı fikir söyləmək hələ tezdir.

S.Lavrov mətbuat konfransında deyib ki, Qırğız həmkarının fikri ilə tam razıdır və vurğulayıb ki, terrorçuluğun milliyyəti yoxdur: “ Terrorçuluğu insanın hansı milliyyətə və dinə mənsub olması ilə əlaqələndirmək olmaz. Terrorçuluq bütün bəşəriyyətə, bütün dünya dinlərinə qarşıdır”.

Qeyd edək ki, ötən gün Sankt- Peterburqda metroda baş verən partlayış Qırğızıstanın Oş şəhərində yaşayan 1995-ci il təvəllüdlü Əkbəron Cəlilov olub .

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə