Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 erməninin meyiti tapıldı – Moskvada
2 erməninin meyiti tapıldı – Moskvada
04 Aprel 2017 / 15:18 / Baxış sayı: 386
Font1 Font2 Font3 Font4
Rusiyanın Moskva vilayətində 2 erməni avtomobilin yük yerində ölü tapılıb.
APA-nın məlumatına görə, “Mercedes” markalı avtomobili ötən gün axşam Razvilka qəsəbəsindəki küçələrdən birində yaşayan sakinlərdən biri evinin qarşısında aşkar edib. Avtomobilin uzun müddət evinin qarşısından dayanmasından şübhələnən yerli sakin polisə xəbər verib.
Polis avtomobilin yük yerindən 2 nəfərin meyitini aşkar edib. Daha sonra onlardan birinin Ermənistan vətəndaşı Xoren Marqaryan və digərinin Abxaziya sakini Mikael Lalayan olduğu məlum olub. Hüquq-mühafizə orqanlarının versiyasına əsasən öldürülməzdən qabaq hər iki şəxs işgəncələrə məruz qalıb. Polis hadisənin killer tərəfindən törədildiyini ehtimal edir.
Faktla bağlı “Qəsdlə adamöldürmə” və “qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanıb.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə