Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov: “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib…”
Lavrov: “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib…”
04 Aprel 2017 / 16:12 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun NATO XİN rəhbərləri ilə qeyri-formal nahar zamanı onun haqqında dediklərinə cavab verib. “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib”-Lavrov Tillersonun onun haqqında dediklərini şərh edərkən bildirib.

Tillerson demişdi ki, Rusiya ilə tanqo rəqsi oynamaq və bundan nəsə qazanmaq olar. “Lakin aydıdır ki, siz Lavrovla rəqs edə bilməzsiniz, çünki ona rəqs etməyə icazə vermirlər”-dövlət katibi Rusiyada qərarların bir nəfər tərəfindən qəbul edildiyinə eyhamla bildirib. Onun atmacası alqışlarla qarşılanıb.

Lavrov isə deyib ki, NATO XİN rəhbərləri zamanı gedən bu söhbət haqda eşidib. “Anam da mənə oğlanlarla rəqs etməyi qadağan edib. Əgər belədirsə, Reks Tillerson hiss edirsə ki, hələ hamıyla rəqs edə bilməz, o zaman biz ona kömək edə bilərik. O, çox təcrübəli adamdır, əminəm ki, tez öyrənəcək”-Rusiya XİN rəhbəri bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə