Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kərkük Kürdüstana verilir
Kərkük Kürdüstana verilir
04 Aprel 2017 / 16:13 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

İraqın şimalındakı Kərkük vilayəti Kürdüstan Muxtariyyətinin tərkibinə qatıla bilər.

Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün vilayət şurasında məsələ ilə bağlı iclas keçirilib. Şuranın türkmən və ərəb üzvlərinin baykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib və Kərkük şəhərinin Kürdüstan muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, Kərkük Vilayət Şurasının sədri kürd əsilli Rebvar Tələbanidir. O, burada baş verənlərlə bağlı İraq hökumətini məlumatlandırdıqlarını deyib.

Onu da qeyd edək ki, Kərkük Vilayət Şurasının 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. Keçən həftə kürdlərin iştirakı ilə keçirilən şura məclisində Kərkükdə İraq bayrağı ilə yanaşı Kürdüstan muxtariyyətinin bayrağının eyni hündürlükdə asılması barədə qərar qəbul edilmişdi. Maraqlıdır ki, İraq hökuməti şuranın bu qərarını təsdiqləmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə