Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilbərin cənazəsi Azərbaycana gətirilir
Dilbərin cənazəsi Azərbaycana gətirilir
04 Aprel 2017 / 18:00 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

Peterburq metrosunda partlayış nəticəsində həlak olmuş 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva Azərbaycanda dəfn ediləcək.

Virtualaz.org xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Mənbənin məlumatına görə, Dilbərin ana və atasının Peterburqda yaşamasına baxmayaraq onu öz vətənində, qohumlarının yanında dəfn etməyi planlaşdırırlar. Sabah D. Əliyevanın nəşinin Bakıda gətiriləcəyi bildirilir.

Peterburq Universitetinin İqtisadiyyat və menecement fakultəsinin 3-cü kurs tələbəsi olan Dilbər Əliyeva Azərbaycanda, Bakıda doğulub. Amma sonradan valideynlərilə birlikdə Peterburqa köçüb və burada məktəbinə gedib.

Dilbərdən başqa, metrodakı faciədə daha 13 universitet tələbəsi xəsarət alıb. Onlardan doqquzu şəhər xəstəxanasındadır, daha dörd nəfər xəstəxanaya yerləşdirmədən imtina ediblər.

Mənbənin məlumatına görə, Dilbər xəstəxanada gecə saatlarında dünyasını dəyişib. O partlayışın baş verdiyi yerə yaxın olub. Doğma və yaxınları onun sağ çıxa biləcəyinə ümid etsələr də, möcüzə baş verməyib. Qız aldığı travmalardan dünyasını dəyişib.

Azərbaycanın Peterburqdakı baş konsulu bildirib ki, həmvətənimizin həlak olması haqqında xəbəri səhər tezdən alıb və xəstəxanaya gedib. Hadisə zamanı xəsarət almış digər bir azərbaycanlı Zaur Vəliyev isə hələ də xəstəxanadadır və onun vəziyyəti stabildir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə