Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Terrorçunun vətəni, imanı, dini, ALLAHI olmur…
Terrorçunun vətəni, imanı, dini, ALLAHI olmur…
04 Aprel 2017 / 18:32 / Baxış sayı: 1398
Font1 Font2 Font3 Font4

Ötən gün Peterburq metrosunda terror hadisəsi baş verdi. Ondan artıq adam öldü, xeyli sayda insan yaralandı. Ümumiyyətlə, terror illərdir dünyanın bir nömrəli bəlasıdır.

Dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb və aparılan mübarizə hələ də ciddi effekt vermir. ABŞ, Fransa kimi böyük dövlətlərdə terror baş verir, Türkiyədə demək olar ki, hər gün terror var. Ötən gün isə nəhəng Rusiyada.

Bəli, demək ki, terrorun başında duranlar bu sözügedən dövlətlərin təhlükəsizlik sisteminin harada boş olduğunu əla bilir və onlar aktiv şəkildə işləyirlər, böyüyürlər, fəaliyyət göstəririrlər. Konkret deyim ki, Rusiya kimi nəhəng dövlətdə baş verən son terror bir daha göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. Metro, ticarət mərkəzləri, kinoteatrlar bir sözlə insanların sıx olduğu yerlər terrorçular üçün əsl məkanlardır.

Terror qruplaşmaları bu kimi yerlərin təhlükəsizlik sisteminin boş tərəflərini öncədən öyrənir və addım atırlar.

Çoxdandı metroya girmirdim. Amma dünənki terrordan sonra bu gün kiçik bir eksperiment aparmaq üçün metroya mindim. Metrodan istifadə edən insanların nə qədər ayıq-sayıq və diqqətli olduğuna, özünə və yanındakına nəzarət etdiyinin şahidi olmaq istədim.

Təsəvvür edin ki, vaqonda 50 adamdan təxminən 35-40 nəfərinin başı telefona qarışıb. Kimisi gözlərini yumub müsiqi dinləyir, kimisi də telefonla oyun oynayır və ya kiminləsə danışır. Heç kim yanında dayananın nə etdiyinə, hansı psixoloji durumda olmasına nəzarət etmir.

Dostlar, Azərbaycan polisi ayıq-sayıqdır. Bunu anladıq. Amma metro girişindəki 3 polis hər saniyə metroya minmək üçün tələsən minlərlə insanın əlindəkini, çibindəkini, çantasındakını yoxlaya bilməz. Lap götürək nəzarət kameralarının qarşısındakı nəzarətçini. Mümkün deyil o, hər kəsin hərəkətini nəzarətdə saxlasın. Odur ki, bu işdə biz sərnişinlər də fəal, ayıq olmalıyıq.

İnsanlar bir-birinə, yanındakının hərəkətlərinə, əlindəki əşyaya nəzarət etməlidir. Polis nəzarət edir, lap gözəl. Amma sərnişinlər də bu işdə fəal olmalıdır. Ümumiyyətlə, metroda nəzarət gücləndirilməlidir. Peterburqdakı terrorun sabah harada baş verəcəyini kimsə bilmir. Terrorçunun vətəni, imanı, dini, Allahı yoxdur. Terrorçu üçün Rusiya da, ABŞ-da, Azərbaycan da, Türkiyə də eyni yerdir.

Odur ki, sərnişin olaraq bir birimizin hərəkətlərinə nəzarət etməliyik. Yanımızdakının ümumi psixoloji durumunu qismən müəyyənləşdirməyə çalışmalıyıq. Bu o qədər də çətin deyil. Adi hərəkətlərindən, davranışından, üz mimikalarından asanlıqla insanın nə etdiyini anlamaq mümkündür. Daha bir məqam isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Yenə təkrar edirəm ki, metro girişindəki 3 polis minlərlə insanı yoxlaya, ona nəzarət edə bilıməz.

Təklif edirəm ki, bütün platformalarda idmançı görkəmi ilə seçilməyən, amma daha cəld, diqqətli və psixoloji durumu yerində olan mülki formalı silahlı mühafizəçilər olsun. Eyni mühafizəçilərdən hətta vaqonlara da yerləşdirilsin. Onlar da insanlara nəzarət etsin. Daha bir məsələ metroda internetə blok qoyulsun. Sərnişin 15 dəqiqə internetsiz qalmaqla heç nə itirməz. Amma metroda internetin olmaması böyük bəladan qurtulmağa kömək edə bilər. Əgər metroda internet və elektron vasitələrin istifadəsi bloklansa o zaman məsafəli partlayıçı quruguların istifadəsi də mümkünsüz olar. Üstəlik insanların başı telefona qarışmaqdansa, bir birinə nəzarətə yönələr.

Daha bir ciddi məsələ intervalların qısaldılmasıdır. Dünyanın heç bir ölkəsində 7-8 dəqiqə interval yoxdur. Sıxlığı aradan qaldırmaq üçün intervalı azaltmaq lazımdır. Bir sözlə, terrorla mübarizədə polisə, DTX və diğər qurumlara vətəndaşlar da dəstək olmalıdır. Gözünüzü telefonlardan çəkib bir az da canınızı düşünün.

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə