Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda taksilər -UÇACAQ
Gürcüstanda  taksilər -UÇACAQ
04 Aprel 2017 / 23:11 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4

Adjara Group Hospitality” (“Adjara qonaqpərvərlər qrupu”) yeni “Aviator” aviataksilərinin istismarına başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

“Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Şirkət gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqlarla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klass tələblərinə cavab verən bütün tələblər yerinə yetiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə