Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ADNSU-nun professoru vəfat edib
ADNSU-nun professoru vəfat edib
05 Aprel 2017 / 9:52 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) keçmiş prorektoru, professor İsrayıl Əfəndiyev vəfat edib.

“Report”un məlumatına görə, o, 72 yaşında dünyasını dəyişib.

İ.Əfəndiyev ADNSU-nun İdarəetmə və sistemlər mühəndisliyi kafedrasının professoru idi.

Qeyd edək ki, Əfəndiyev İsrayıl Rüstəm oğlu 1945-ci il mart ayının 29- da Qazax rayonunun Sadıxlı kəndində anadan olub. O, 1969- cu ildə ADNSU-nu “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirib və həmin ildən etibarən universitetdə işləməyə başlayıb. 1988- ci ildən professordur. İ.Əfəndiyev ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri olub. 1993- 1997- ci illərdə ADNSU- nun elmi hissə üzrə prorektoru vəzifəsində işləyib və 1995- ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılan “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” Elmi-Tədqiqat İnstitutunun direktoru olub.

Professor İ.Əfəndiyevin aldığı elmi nəticələr əsasında Azərbaycanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılıbvə tətbiq edilib.

O, 1993- cü ildən Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” Elmi-Metodik Şurasının sədri, 2003-2009- cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “İnformatika və Energetika” elm sahələri üzrə Ekspert Şurasının üzvü və sədri, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub.

Professor həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi işləyib. O, 2010- cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə