Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tereza Mey Ər-Riyada baş örtüksüz getdi-FOTO
Tereza Mey Ər-Riyada baş örtüksüz getdi-FOTO
05 Aprel 2017 / 9:53 / Baxış sayı: 300
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına səfəri zamanı XİN-nin təlimatına məhəl qoymayaraq, baş örtüyündən  imtina edib.

APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, XİN ekspertləri T.Meyə ənənəvi ərəb donu və ləçəyi geyinməyi məsləhət görüblər. Lakin hökumət rəhbəri yerli ənənəyə əməl etməyəcəyini bildirib.

“Ümid edirəm ki, xalq mənim simamda lider görərək, qadının nəyə nail ola biləcəyini anlayacaq”, – deyə Mey qeyd edib.

Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanının qanunvericilində əcnəbilərin baş örtüyündən istifadənin icbariliyini göstərən bənd yoxdur. Lakin, əcnəbilər bir qayda olaraq müsəlman adətlərinin sərt qaydalarını pozmamağa çalışırlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə