Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında – Nadir video
Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında – Nadir video
05 Aprel 2017 / 22:24 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Türkiyənin dövlət televiziyası TRT 1 arxivindəki nadir görüntüləri paylaşıb.

Teleqraf.com xəbər verir ki, TRT Türkiyənin ictimai-siyasi, kültür həyatı ilə əlaqəli olduqca nadir, unudulmuş görüntülərə yenidən həyat qazandırıb.

TRT arxivində Azərbaycanla bağlı bir neçə video var. 1992-ci ildə keçirilmiş seçkilər, mərhum prezidentlərin çıxışları, Novruz şənlikləri və s. arxiv saytında yayımlanıb.

Arxivdə Azərbaycan tarixi üçün də önəmli olan iki görüntü var.

Onlardan biri Azərbaycanın və Türkiyənin tanınmış siyasət və fikir adamı Əhməd bəy Ağaoğlunun qızlarının görüntüləridir.

1973-cü ildə çəkilmiş, jurnalist Nazmi Qalın təqdimatında olan “Atatürkdən anılar” adlı proqramın 23-cü bölümündə qonaq qismində iştirak edən Sürəyya və Tezər Ağaoğlular Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında xatirələrini danışırlar.

Ağaoğlu ailəsi ilə bağlı digər video isə Tezər Ağaoğlu (Taşkıran) haqqındadır. 1994-cü ildə çəkilən bu videoda Əhməd bəyin kiçik qızı Gültəkin Ağaoğlu, övladları Mete Taşkıran və Suna Gülər onun haqqında danışırlar.

Hər iki nadir videonu təqdim edirik:



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə