Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının bu yollarında sürət həddi artırıldı
Bakının bu yollarında sürət həddi artırıldı
05 Aprel 2017 / 10:34 / Baxış sayı: 244
Font1 Font2 Font3 Font4

Bakının şimal çıxışında – “20 Yanvar” dairəsindəki körpüyə Tbilisi prospekti tərəfdən qalxan yoldan başlayaraq sürət həddini 80 km/saat-dək qaldırıblar.

arxiv.bizimxeber.az  avtosfer.az-a istinadən xəbər verir ki, bu yenilik dünəndən tətbiq edilib. Üzü Sumqayıt istiqamətində hərəkət edən avtomobillər körpüyə qalxandan sonra 80 km/saat sürətlə hərəkət edə biləcəklər. Körpüdən sonra isə sürət 90 km/saatdır.

Lakin körpüdə tətbiq edilən yeniliklə bağlı bir çatışmazlıq var. Belə ki, “20 Yanvar”dan “Şamaxınka”ya gedərkən sola ayrılan yoldan əsas yola qoşulan sürücülər üçün sürət nişanı təkrarlanmır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, orada sürücülər onsuz da sürət rejimini kütləvi pozurdular, xüsusən də körpünün aşırımından sonra: “Bundan sonra artıq qanuni şütümək olacaq. Sürücülərin daha intizamlı olduğu ölkələrə fikir versəniz görərsininiz ki, avtobanın da tuneldən keçən hissəsində sürəti 120-130 km/saatdan 80-dək endirirlər. Yəqin bizimkilər də bundan ruhlanıblar”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə