Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmi qardaşı qızı ilə evlənə bilərmi?
Əmi qardaşı qızı ilə evlənə bilərmi?
05 Aprel 2017 / 11:34 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4

Gəncədə kişinin öz ailəsini və uşaqlarını ataraq doğma qardaşı qızı ilə evlənmək məqsədi ilə qaçması cəmiyyətdə ciddi rezonans doğurub.

Onlar dini nikah bağlasa da, ailəli olduqları üçün rəsmi nikaha girə bilməyiblər.

arxiv.bizimxeber.az azvision.az-a istinadən xəbər verir ki, Ailə Məcəlləsində nikahın bağlanmasına mane olan hallar 12 maddə ilə tənzimlənir.

Ailə Məcəlləsinin bu maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Hüquqşunas Asif Abdullayev sayta bildirib ki, belə yaxın qohum olan şəxslərin nikahına hüquqi cəhətdən heç bir məhdudiyyət yoxdur.

“Ailə Məcəlləsində bu münasibətlər tənzimlənir. Valideynlərlə uşaq arasında, baba ilə nəvə arasında, doğma-ögey qardaş bacılar arasında nikahı qanun məhdudlaşdırır. Onların nikahı qeydiyyata alınsa da, etibarsız olur. Amma əminin qardaşı qızı ilə evliliyinə qanunvericilik məhdudiyyət qoymur. Onlar mənəvi qaydalarla tənzimlənir”.

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə