Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyadakı kimyəvi silah hücumu… Rusiya və Suriya açıqlama verdi
Suriyadakı kimyəvi silah hücumu… Rusiya və Suriya açıqlama verdi
05 Aprel 2017 / 12:46 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4

Suriyanın İdlib şəhərindəki kimyəvi silah hücumu ilə bağlı Rusiya və Suriya açıqlama verib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya və Suriya bu hücumu onların etdikləri ilə bağlı iddiaları rədd ediblər.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri İqor Konaşenkov, Suriyanın İdlib şəhərində militanların istehsal etdiyi kimyəvi silahların olduğu silah-sursat anbarının Suriyanın təyyarələri tərəfindən vurulduğunu bildirib. Konaşenkovun sözlərinə görə, anbar zəhərli qazların istehsalı və saxlanılması məqsədilə istifadə edilir: “Bu kimyəvi silahlar İraqa aparılır. İraqda da bu silahlardan istifadənin beynəlxalq təşkilatlar və İraq tərəfindən də təsdiqlənib”.

Suriya ordusu da bu iddiaları qəbul etməyib. Suriyanın rəsmi agentliyi SANA-dakı xəbərdə bunlar yazılıb: “Ordumuzun yüksək rütbəliləri, bu gün (çərşənbə axşamı günü) Xan Şeyxunda kimyəvi və zəhərli maddə istifadə edildiyi iddialarını rədd edir. Biz bunları heç vaxt, heç yerdə istifadə etməmişik və gələcəkdə də istifadə etməyəcəyik”.

Ağ Ev kimyəvi hücumu Bəşər Əsəd rejiminin etdiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp, Əsəd rejiminin “qəbuledilməz işini” qınadığını bildirib. ABŞ Xarici işlər naziri Reks Tillerson isə belə deyib: “Bəşər Əsədin belə hərəkəti, zalım, utanmaz barbarlıqdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə