Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sankt-Peterburqda 6 nəfər saxlanıldı
Sankt-Peterburqda  6 nəfər saxlanıldı
05 Aprel 2017 / 14:12 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Sankt-Peterburqda Rusiya vətəndaşlarını terror törətmək məqsədilə ələ alan 6 nəfər şübhəli şəxs qismində tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, Orta Asiya respublikalarından olan həmin şəxslər Rusiyaya işləmək üçün gəliblər və 2015-ci ilin noyabrında Sankt-Peterburqda “Cəbhəte ən-Nusra” və İŞİD-ə cəlb edilməsi istiqamətində fəaliyyət göstəriblər.

Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin regional idarələri və Qvardiyanın xüsusi təyinatlı yerli dəstəsi birlikdə bu il aprelin 5-də 6 şübhəlinin tutulması ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirib.

Xəbərdə onların bütün əlaqələrinin yoxlanıldığı qeyd olunub: “Hazırda şübhəlilərin Sankt-Peterburq metrosunda terror aktını törədənlə əlaqələrinin olmasına dair heç bir sübut yoxdur”.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən terror nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə