Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt Dövlət Universiteti Polşanın “Plagiat.pl” şirkəti ilə əməkdaşlıq edir
Sumqayıt Dövlət Universiteti Polşanın “Plagiat.pl” şirkəti ilə əməkdaşlıq edir
05 Aprel 2017 / 14:14 / Baxış sayı: 394
Font1 Font2 Font3 Font4

Aprelin 5-də“Plagiat.pl” şirkətinin nümayəndələri SDU-da oldular. Rektor professor Elxan Hüseynov qonaqları salamladı, ali təhsil ocağı haqqında ətraflı məlumat verdi. Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxundu.

Bildirdi ki, SDU dünyanın və respublikamızın qabaqcıl ali məktəbləri ilə əməkdaşlıq edir, bugünkü görüş bu əlaqələrin inkişafında mühüm addım olacağını diqqətə çatdırdı.

Rektor onu da vurğuladı ki, plagiatla mübarizə üçün hərtərəfli tədbirlərin güclənməsi istiqamətində mühüm işlər görülür. Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirildiyini bildirdi.

Ölkədə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi, eləcə də bir çox universitetlər və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir. Universitetimizdə ötən tədris ilindən tətbiqinə başlanan plagiat proqramı bakalavr, magistr və doktor dissertasiyalarına, həmçinin istənilən digər elmi və ya tədris sənədlərini yoxlamağa imkan yaradır.

Ümid edirəm ki, bu proses gələcəkdə də uğurla davam edəcək. Görüşdə İntellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyi də qeyd edildi.

“Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov proqramın işləmə mexanizmi barədə məlumat verərək bildirdi ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır. Bu gün şirkətimiz Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir.

O, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi. Şirkətin hazırladığı “StrikePlagiarism” sisteminin müxtəlif mətnlərdən köçürülmüş fraqmentləri aşkar etməyə imkan verdiyini bildirdi.

Sözügedən antiplagiat sisteminin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini söyləyən nümayəndə bu proqramın artıq Azərbaycanın bir neçə universitetində geniş tətbiq olunduğunu diqqətə çatdırdı. Ümumiyyətlə, bu proqram universitetdə təhsil alan tələbə və magistrlərdə, professor-müəllim heyətində akademik dürüstlüyün təminatına xidmət edəcək. Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

arxiv.bizimxeber.az

SDU_0363 SDU_0336



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə