Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əkizlərin vurduğu kişi ölüm ayağındadır – Həkimi açıqladı
Əkizlərin vurduğu kişi ölüm ayağındadır – Həkimi açıqladı
05 Aprel 2017 / 14:17 / Baxış sayı: 3254
Font1 Font2 Font3 Font4

Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanada olan yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.



arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə