Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin: “MDB ölkələri terror aktlarının potensial obyektləridir”
Putin: “MDB ölkələri terror aktlarının potensial obyektləridir”
05 Aprel 2017 / 14:49 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb. 

AzVision.az-ın məlumatına görə, görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir:

“Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər”.

O, qeyd edib ki, terrorla mübarizə davam etdirilməldiir: “Sankt-Peterburq metrosunda partlayış təsdiq edir ki, terror baxımından vəziyyət yaxşılaşmır, bütün MDB ölkələri terror aktlarının potensial obyektləridir”.

Putin, həmçinin əmin olduğunu bildirib ki, toplantı iştirakçıları vacib məsələləri ətraflı müzakirə edəcək və ən perspektivli əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər.

Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə